İndiyədək 7200 müharibə əlili avtomobilə təmin olunub. Cari ildə isə 160 avtomobilin verilməsi nəzərdə tutulub. Kompleks ərazisində 280 yerlik uşaq bağçası da inşa olunub. Uşaqların xoşbəxt böyüməsi, onlarıb həm fiziki, həm də mənəvi cəhətdən sağlam olması işinə Azərbaycan dövləti daimi xüsusi diqqət göstərir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlər barədə məlumat verdilər. 1997-2021-ci illərdə şəhid ailələrinin üzvülərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezidentin bu il imzaladığı Sərancamla 2021 -2025 ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. 7 ayda 52 min nəfər işlə təmin edilib, 7 min 200 nəfər isə ictimai işlərə cəlb edilib, 26 min 200 nəfər reabilitasiya xitməti göstərilib.Emin Əhmədov,Xocalı Şəhər 5 saylı tam orta məktəbin təşkilatçı müavini